“Rosportebnadzor”: Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşir

“Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova Rusiya Elmlər Akademiyasının Tibb elmləri şöbəsinin ümumi yığıncağında çıxışında bəyan edib.

"Biz bu gün vəziyyətin sabitləşdiyi nöqtədəyik”, - deyə A. Popova vurğulayıb.

A. Popova indiyə kimi Rusiya ərazisində koronavirusun Britaniya ştammının 192, Cənubi Afrika ştammının isə 21 nəfərdə aşkarlandığını açıqlayıb.

Qeyd edək ki, Rusiyada son sutka ərzində 8589 nəfər koronavirusa yoluxub, 346 nəfər isə bu virusdan həyatını itirib. Rusiya koroavirusa yoluxmaların sayına görə, dünyada ABŞ, Hindistan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Valideynlərin tələbləri yerinə yetirildi: Direktor barədə ölçü götürüləcək - RƏSMİ + YENİLƏNİB

SONRAKI XƏBƏR

ÜST sağlam şəxslərin maska taxmasını məsləhət bilmir – Professorun şərhi