BNA-nın əməkdaşları peyvənd olundu - VİDEO

BNA-nın əməkdaşları peyvənd olundu - VİDEO

BNA-nın əməkdaşları da koronavirus əleyhinə peyvənd olundu.

Ümumilikdə 1600 nəfərdən artıq əməkdaşın vaksin olunması nəzərdə tutulub.

Onlardan bir qismi artıq peyvəndin hər iki dozasını alıb. Əməkdaşlara Çin istehsalı olan “Sinovac” şirkətinin "CoronaVac" vaksini vurulur.

Vaksinasiya prosesini sürətləndirmək üçün TƏBİB tərəfindən səyyar briqadalar təşkil olunmağa davam edir. Həmin briqadalar istər dövlət istərsə də, özəl qurumların müraciətləri əsasında həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 1 milyondan çox vaksin vurulub.

 

Mənbə: www.realtv.az