Rusiyada koronavirusun yeni iki variantı formalaşıb

Rusiyada koronavirusun yeni variantları formalaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Federal İstehlakçıların Hüquqlarına və İnsan Rifahı Sahələrinə Nəzarət Xidmətinin ("Rospotrebnadzor") rəhbəri Anna Popova məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusun "Sibir" və "Şimal-Qərb" variantları formalaşıb. COVID-19-un Rusiyada mutasiyaya uğramış variantları hələlik xarici ştammların heç birinə uyğun gəlmir.

Qeyd edək ki, koronavirusun artıq "Britaniya", "Cənubi Afrika" və "Braziliya" və digər ştammları mövcuddur. Hazırkı peyvəndlərin bu ştammlara qarşı yetərli olması barədə mütəxəssislərin vahid rəyi yoxdur.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Euroclima” şirkəti iddiaya münasibət bildirdi: Əsası yoxdur

SONRAKI XƏBƏR

Keyn Mourinyo ilə vidalaşdı