“Euroclima” şirkəti iddiaya münasibət bildirdi: Əsası yoxdur

“Euroclima” şirkəti iddiaya münasibət bildirdi: Əsası yoxdur

“Euroclima” şirkətinin meneceri Fuad Binaktari saytımızda yayımlanan “Vergidən yayınan “Euroclima” MMC insanları necə aldadır?” başlıqlı yazıya münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, F.Binaktari bildirib ki, yazı həqiqəti əks etdirmir.

“Guya vətəndaşlar dəfələrlə şirkətdən şikayət ediblər. Hansı vətəndaşlar? Adları qeyd olunmayıb! Hara şikayət ediblər? O da göstərilməyib. Sadəcə, hansısa jurnalist şəxsi problemlərini ictimai xəbər portalını özünə meydan seçərək həll etmək istəyib. Məlumat üçün bildirim ki, 13.04.2021 tarixdə Mehdiabad qəsəbəsində “Elektroluxe” markalı kombinin təmiri ilə bağlı fərdi şəkildə fəaliyət göstərən Rəşad adlı usta şirkətə müraciət edib. “Euroclima” MMC-nin müştərisi olmadığı üçün həmin sifariş tərəfimizdən qəbul olunmayıb və fərdi şəkildə fəaliyət göstərən İlkin adlı ustaya ötürülüb. İlkin usta müştəri ilə öz aralarında razılaşaraq ünvana gedir, kombini təmir edir və müqabilində ödəniş alır. Sözü gedən müştəri “Euroclima” MMC-nin müştərisi deyil, heç vaxt da olmayıb. Hətta sifariş vermək üçün belə, “Euroclima” MMC-nin qaynar xəttinə müraciət etməyib. Bunu təsdiq edən səs yazısını təqdim etdim” – menecer qeyd edib.

Mənbə: pravda.az