Səudiyyə Ərəbistanının səhrası qar örtüyünə bürünüb

Səudiyyə Ərəbistanında anomal iqlim şərtlərinin fəsadları özünü göstərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, krallığın bəzi bölgələrində intensiv leysan və dolu yağışlarından sonra ölkənin şimal-qərbində yerləşən Asir bölgəsinin Həil şəhərində qar yağıb.

Səudiyyə Ərəbistanının sosial media səhifələrində Həil şəhərinin ətrafındakı Hərrat Bəni Rəşid səhrasının və təpələrin bəyaz qar örtüyünə bürünməsi görüntüləri yayılıb. Krallığın Əbha, Xəmis Müşayit, Tanuma və əl-Namas bölgələrində də qar yağıb.

Dolu və qar yağışından sonra havanın temperaturunun kəskin artması da müşahidə edilib.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib - VİDEO

SONRAKI XƏBƏR

UEFA rəhbəri: "Superliqadakı futbolçular nə dünya, nə də Avropa çempionatında olacaqlar"