Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq

Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq.

APA-nın məlumatına görə, bu "Ali təhsil haqqında" qanunun ilkin versiyasında əksini tapıb. Layihəyə əsasən, Milli diplom Reyestri ali təhsilin səviyyələri üzrə kvalifikasiya təsdiq edən diplom və diploma əlavələrin vahid mərkəzləşdirilmiş elektron sistemidir.

Milli Diplom Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır, icrasına nəzarət edilir və fəaliyyətinin monitorinqi əsasında illik ictimai hesabatlılıqlar təmin edilir. Milli Diplom Reyestri ölkə üzrə akkreditasiyadan keçmiş bütün ali təhsil kvalifikasiyaları haqqında verilmiş diplomlar və diplomlara əlavələr haqqında səhih məlumatı əks etdirməklə diplom və diploma əlavələrin vahid uçotunun aparılmasını təmin edir.

Milli Diplom Reyestrinin doldurulması kvalifikasiyanın verilməsi haqqında qərarı verən ali təhsil müəssisəsi tərəfindən həmin ali təhsil müəssisəsinin müvafiq portalına keçid vasitəsi ilə keçirilir və məlumatın tamlığı və dəqiqliyinə müvafiq ali təhsil müəssisəsi cavabdehlik daşıyır.

Milli Diplom Reyestrindəki məlumatlar haqqında informasiyaya çıxış və çıxışın müddəti haqqında məlumat şəxsin özü tərəfindən verilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Syomin Avropa Superliqasına qarşı çıxdı

SONRAKI XƏBƏR

4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib - VİDEO