Azərbaycanda ali təhsilin 4 səviyyəsi, hər səviyyədə iki fərqli təhsil müddəti müəyyənləşir

Azərbaycan Respublikasının ali təhsil sistemində ali təhsil kvalifikasiya və proqramlarının beynəlxalq standart təsnifatının səviyyə və sahələrinə uyğunluğunu təmin etmək üçün Ali Təhsil Kvalifikasiyalarının Təsnifat Standartı (ATKTS) yaradılır.

APA-nın məlumatına görə, bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihəyə əsasən, ATKTS ali təhsil səviyyələri və təhsil proqramlarının sahələri üzrə müvafiq ixtisasların müəyyən edilməsi üçün əsasdır.

ATKTS ali təhsilin aşağıdakı 4 səviyyəsini (dövrlərini) müəyyən edir:

- Birinci səviyyə - ali təhsilin qısa dövrü və subbakalavriat səviyyəsi (həcmi 120-150 ATKTS kreditidir). Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin (AzMKÇ) 5-ci səviyyəsinə uyğundur;

- İkinci səviyyə – ali təhsilin bakalavriat səviyyəsi və onun ekvivalenti (həcmi 180-240 ATKTS kreditidir). AzMKÇ-nin 6-cı səviyyəsinə uyğundur;

- Üçuncü səviyyə - ali təhsilin magistratura səviyyəsi və ya onun ekvivalenti (həcmi 60-120 ATKTS kreditidir). AzMKÇ-nin 7-ci səviyyəsinə uyğundur;

- Dördüncü səviyyə – ali təhsilin doktorantura səviyyəsi və ya onun ekvivalenti (həcmi 180-240 ATKTS kreditidir). AzMKÇ-nin 8-ci səviyyəsinə uyğundur.

Ali təhsilin hər bir səviyyəsi üzrə meyarlar müəyyən edilir.

Ali təhsilin birinci səviyyəsi – ali təhsilin qısa dövrü və və subbakalavriat səviyyəsi üzrə meyarlar aşağıdakılardır:

- Proqramın təkmilliyi AzMKÇ-nin səviyyə 3 və 4-ün proqramlarına nisbətən daha mürəkkəb və səviyyə 6-nın proqramlarına nisbətən asandır;

- AzMKÇ-nin səviyyə 4-ün proqramlarının müvəffəqiyyətlə başa çatdırılması tələb olunur;

- təhsil müddəti 2-3 ildir.

Ali təhsilin birinci səviyyəsi üzrə təhsil proqrammı ümumi təhsil yönümlü olduqda təhsil müddəti 2 il (120 kredit), təhsil proqramı peşə təhsili (150 kredit) yönümlü olduqda təhsil müddəti 3 ildir.

Ali təhsilin ikinci səviyyəsi – ali təhsilin bakalvriat səviyyəsi və ya onun ekvivalenti üzrə meyarlar aşağıdakılardır:

- bu səviyyə proqramları bir qayda olaraq nəzəri əsasa malikdir, lakin buraya praktiki komponentlər də daxil edilə bilər, bu səviyyə tədqiqatların yüksəv səviyyəsi ilə səciyyələnir;

- ali təhsilin bu səviyyəsi üçün AzMKÇ-nin səviyyə 3 və 4-ün proqramlarının müvəffəqiyyətlə başa çatdırılması və qəbul imtahanlarının verilməsi tələb olunur;

- Təhsil müddəti 3-4 ildir.

- Bu səviyyənin proqramları AzKMÇ-nin səviyyə 8-in proqramlarına birbaşa keçidi təmin edir.

Ali təhsilin ikinci səviyyəsi üzrə təhsil proqramı akademik təhsil yönümlü olduqda təhsil müddəti 4 ildir (240 kredit) və buraxılış işinin müdafiəsi ilə tamamlanır. Ali təhsilin bu səviyyəsi üzrə təhsil proqrammı peşə təhsili yönümlü olduqda təhsil müddəti 3 ildir (80 kredit) və buraxılış işinin hazırlanması və müdafiəsi tələb edilmir.

Ali təhsilin üçüncü səviyyəsi – ali təhsilin magistratura səviyyəsi və onun evkivalenti üzrə meyarlar aşağıdakılardır:

- bu səviyyənin təhsil proqramları əhəmiyyətli nəzəri əsasa malikdir, buraya praktiki komponentlər də daxil edilə bilər, bu səviyyə tədqiqatların yüksək səviyyəsi ilə səciyyələnir;

- bu səviyyənin proqramları mahiyyət etibarilə səviyyə 6-nın proqramlarından daha mürəkkəb və daha ixtisaslaşdırılmışdır;

- bu səviyyənin proqramlarına qəbul fənn seçimindən və ya AzKMÇ-nin səviyyə 5 və ya 6-nın proqramları üzrə qiymətlərdən asılı ola bilər, əlavə olaraq qəbul imtahanlarının müvəffəqiyyətlə verilməsi tələb oluna bilər;

- Təhsil müddəti 1-2 ildir.

Ali təhsilin üçüncü səviyyəsi üzrə təhsil proqrammı akademik təhsil yönümlü olduqda təhsil müddəti 2 ildir (120 kredit), magistr dissertasiyasının müdafiəsi ilə tamamlanır və AzKMÇ-nin səviyyə 8-n proqramlarına keçidi təmin edir. Ali təhsilin üçüncü səviyyəsi üzrə təhsil proqramı peşə təhsili yönümlü olduqda təhsil müddəti 1-1,5 ildir (60-90 kredit) və magistr dissertasiyasının hazırlanması və müdafiəsi tələb edilmir və AzKMÇ-nin səviyyə 8-in proqramlarına keçidi təmin etmir.

Ali təhsilin dördüncü səviyyəsi – ali təhsilin doktorantura səviyyəsi və ya onun ekvivalenti üzrə meyarlar aşağıdakılardır:

- nəşr olunmasına imkan verən, sərbəst tədqiqatların nəticəsi olan və müvafiq elm sahəsində nəzəri bilikləri genişləndirməsinə, yeni elmi və ya praktiki əhəmiyyətli məsələnin həllinə həsr edilmiş doktorluq dissertasiyasının müdafiəsi;

- bu səviyyənin proqramlarına keçid və ya elmi işçi kimi işə qəbul olunmaq üçün AzKMÇ-nin səviyyə 7-nin proqramlarının müvəffəqiyyətlə başa çatdırılması tələb olunur;

- təhsil müddəti – əyani təhsil 3 il və qiyabi təhsil 4 ildir.

Ali təhsilin bu səviyyəsi akademik və peşə təhsili yönümlü olub, AzKMÇ-nin səvyyə 6,7 və 8-in proqramları üzrə müəllim fəaliyyətinə, eləcə də elmi-tədqiqat işlərinə hazırlayır.

Ali təhsilin hər bir səviyyəsində təhsil alan şəxsin müvafiq təhsil proqramını uğurla başa vurması ona müvafiq ali təhsil dərəcəsinin verilməsi üçün əsasdır. Ali təhsil peşə sistemində ali peşə-ixtisas dərəcələri aşağıdakı kimi müəyyən olunur:

- subbakalavr- ali təhsil müəssisələrinin subbakalavriat və ya onun ekvivalenti səviyyəsinin məzunlarına verilən birinci peşə-ixtisas dərəcədir;

- bakalavr – ali təhsil müəssisələrinin tərəfindən bakalavriat və ya onun evkivalenti səviyyəsinin məzunlarına verilən birinci ali peşə-ixtisas dərəcəsidir;

- magistr – ali təhsil müəssisələri tərəfindən magistratura və ya onun ekvivalenti səviyyəsinin məzunlarına verilən ali elmi-ixtisas dərəcəsidir;

- fəlsəfə doktoru – doktorantura və onun ekvivalenti səviyyəsini doktorluq dissertasiyasının müdafiəsi ilə bitirən məzunlara verilən elmi dərəcədir.

Fəlsəfə doktoru kvalifikasiyası ali təhsil pilləsinin sonuncu klavikasiyasıdır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Qəbələdə ustanı elektrik cərəyanı vuraraq öldürüb

SONRAKI XƏBƏR

“Zəfər yolu”muzla bağlı bu işlər Zəfər bayramınadək tamamlanacaq - VİDEO