"CureVac" şirkəti İsveçrədə COVID-19- qarşə peyvəndinin sertifikatlaşdırılması üçün müraciət edib

"CureVac" şirkəti İsveçrədə COVID-19- qarşə peyvəndinin sertifikatlaşdırılması üçün müraciət edib

Bakı. Trend:

CureVac Swiss AG şirkəti hazırladığı koronavirusa qarşı peyvəndinin sertifikatlaşdırılması üçün İsveçrənin "Swissmedic" Terapevtik Məhsullar Agentliyinə müraciət edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında dərc olunan press-relizində deyilib.

Qeyd edək ki, həmin şirkət Almaniyanın Tübingen şəhərində yerləşən "CureVac" dərman şirkətinin törəmə şirkəti sayılır.

"CureVac"ın kommersiya direktoru Entoni Blan vurğulayıb ki, İsveçrə CureVac üçün təkçə CVnCoV münasibətdə deyil, vacib bir bazar sayılır.

Press-relizdə qeyd olunub ki, fevral ayının əvvəlində İsveçrə hökuməti və CureVac şirkəti 5 milyon doza koronavirusa qarşı peyvəndinin gətirilməsi üçün müqavilə imzalayıb.

Mənbə: az.trend.az