Akademiklərimiz təltif olunub - VİDEO

Akademiklərimiz təltif olunub - VİDEO

Bu gün bir qrup Azərbaycan alimi Azərbaycanın da üzv olduğu Beynəlxalq Rabitə Akademiyasının 25 illiyinə həsr olunmuş yubiley medalı və diplomla təltif olunub.

Mükafatlandırma mərasimində çıxış edən BMT nəzdində beynəlxalq rabitə akademiyasının Azərbaycan bölməsinin rəhbəri Siruz Abasbəyli laureatları təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra medal və diplomlar öz sahiblərinə təqdim edilib.

Təltif edilənlər arasında gənc akademik Pərvin Şərifov da var.

Siruz Abasbəyli bildirir ki, ölkə başçısının 2013-cü ili İKT ili elan etməsilə respublikamızda rabitə sahəsində bir çox böyük işlər görülüb.

Qeyd edək ki, BMT nəzdində Beynəlxalq Rabitə akademiyasının dünyada mindən çox üzvü var, Azərbaycanı həmin akademiyada 30 akademik təmsil edir. Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialı 2013-cü ildə fəaliyyətə başlayıb.

 

Mənbə: www.realtv.az