Yeni doğulanlarda virusa qarşı immunitet necə yarana bilər?

“Yeni doğulan və peyvənd olunmuş ananın südü ilə qidalanan körpənin 6-8 ay ərzində koronavirusa qarşı immuniteti yaranır”.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq bildirib.

“Hamilə qadın peyvənd olunarsa, antitelləri südü vasitəsilə körpəsinə ötürəcək və körpəni 6-8 ay ərzində virusa qədər immun sistemi formalaşanadək ana südü qoruyacaq. Hamilə qadınlara vaksin vurulması məsələsi azyaşlıların peyvənd olunması məsələsi qədər kəskin məsələdir”, - deyə Qintsburq qeyd edib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

KİV: Avropa Super Liqası ləğv olundu

SONRAKI XƏBƏR

“Mançester Yunayted”in prezidenti istefa verdi