Ağır Covid-19 keçirən xəstələr hansı zaman kəsiyində sağala bilər? - ARAŞDIRMA

Ağır Covid-19 keçirən xəstələr hansı zaman kəsiyində sağala bilər? - ARAŞDIRMA

Covid-19 xəstəsi olan 10 xəstədən 7-nin 5 ay keçməsinə baxmayaraq, tamamilə sağala bilmədiyi ortaya çıxıb. Məsələ ilə əlaqədar tibb mütəxəssislərinin apardığı araşdırmanı SİA təqdim edir.

Alimlər Covid-19 xəstəxanasında müalicə alan xəstələrin xəstəxanadan çıxdıqdan sonar ruhi və fiziki sağlamlığı ilə əlaqəli problemlər müəyyən ediblər. Bu dövrdə bu cür xəstələrin 20 faizi digər ciddi xəstəlikdən əziyyət çəkdiyi halda, digər 20 faizi isə müxtəlif sağlamlıq səbəbləri ilə iş həyatı məhv olub.

İngiltərədə aparılan araşdırmaya görə simptomları ən uzun davam edən insanlar ağ irqdən olan orta yaşlı qadınlardır. Bu qrupdakılar ən azı iki simptom göstərməyə davam edirlər. Bu şəkildə diabet, astma və ürək xəstəlikləri risklərinin artdığı da görülüb. İngiltərə miqyasında aparılan araşdırmada 2020-ci ilin mart və noyabr ayları arasında xəstəxanadan çıxarılan 1077 Covid-19 xəstəsi müayinə edilib. Bu qrupun 67 faizi ağ, 36 faizi qadın, 50 faizinin isə ciddi bir xəstəlik riski ilə üzləşəcək ən azı iki sağlamlıq problemi olub.
İştirakçılar beş aydan sonar müayinə edildikdə, yalnız 29 fazinin tamamilə sağaldığı aşkar edilib. 90 faizdən çoxunda ən azı bir davamlı simptom, bir çox insanda isə orta hesabla 9 fərqli simptom aşkar edildi.

Araşdırmaya görə, ən çox görülən 10 simptom aşağıdakılardır

Bu simptomlar arasında ən çox görülməyə davam edən 10 simptom bunlardır: əzələ ağrısı, yorğunluq, fiziki yavaşlama, yuxu keyfiyyətinin pozulması, oynaq ağrısı və ya şişkinlik, əza zəifliyi, nəfəs darlığı, ağrı, qısa müddətli yaddaş itkisi və yavaş düşünmək.

Leicester Universitetinin tənəffüs yolları mütəxəssisi dosent Raşel Evans "Aldığımız nəticələrə əsasən Covid-19-dan sağalan xəstələr 5 ay sonra belə böyük bir simptom yükünün, zehni və fiziki sağlamlıq problemlərinin və orqan zədələnməsi hallarının yaşandığını deyə bilərik”- deyə vurğulayıb.

Mexaniki ventilyasiyaya ehtiyacı olan və reanimasiyada yatan xəstələrin sağalmasının daha uzun çəkdiyini deyən Evans bu mərhələdə qalıcı problemlərin çoxunun kəskin Covid-19 ilə əlaqəli olub-olmadığını araşdırıldığını bildirib.

Aparılan tədqiqat isə hələ öz işini yekunlaşdırmayıb.

Mənbə: sia.az