Şəhidimizin şəhadət yolu - VİDEO

Ocağının,yuvasının son beşiyi Tacir Həsənov 2001-ci ildə Bakı şəhərində doğulub,yaşasaydı bu gün 20 yaşı tamam olacaqdı.Tacir Əslən Ağdamlıdır.

Elə uşaq vaxtlardan Ağdama, nənəsinin yanına gedərdi. 18 yaşının tamamında əsgəri xidmətinə gedir və xeyir və şər mübarizəsində yəni İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olub. Vətənə bağlılığı bir başqa idi şəhidimizin.O bu sevgisini içində böyüdürdü və zamanı gəlincə hünər meydanına atılıb Vətənə olan sevgisini, bağlılığını döyüşdə vuruşan qardaşları ilə birgə göstərdi və son nəfəsinə kimi vuruşdu.

İndi Tacir hər kəsin dostu, qardaşı və qəhrəmanıdır. Bu gün bütün Azərbaycan Tacir kimi qəhrəman şəhidləri ilə qürur duyur və xatirəsini ehtiramla anır.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

90 yaşlı qadını dolandırılaraq 32 milyon dolları oğurladılar

SONRAKI XƏBƏR

Bədavi Hüseynov: "Kriştianu Ronaldu bizimlə matçda əsəbi idi"