Səhiyyə naziri canlı yayımda zəhərli bitki çayı içdi

Qırğızıstan Səhiyyə naziri Alımkadır Beyşenaliyev zəhərli yovşan bitkisinin yeni növ koronavirus (Covid-19) xəstələrinin müalicəsində istifadə edildiyini və təsirli olduğunu irəli sürüb.

Unikal.org xəbər verir ki, bundan sonra nazir canlı yayımda həmin bitkidən hazırlanmış çayı qəbul edib.

Nazirin bu çıxışından sonra iki qırğız vətəndaşı bitkini dəmləyərək içib. Hər iki şəxs xəstəxanalıq olub. Xəstəxana zəhərlənən şəxsləri nəzarətə götürüb.

Belə ki, xəstələrin yovşandan uzun müddətdir terapevtik məqsədlər üçün istifadə etdikləri və 2 gün əvvəl dozanın artırılması nəticəsində vəziyyətlərinin pisləşdiyi bildirilib.

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda nazir koronavirusa yoluxdu - FOTO

SONRAKI XƏBƏR

Suqovuşan: Qələbəyə ilk addım… - VİDEO