Rusiya hərbçiləri separatçılara şərt qoydu - "Parada qədər Nijdenin heykəli sökülməlidir!"

Rusiya hərbçiləri separatçılara şərt qoydu - "Parada qədər Nijdenin heykəli sökülməlidir!"

Rusiya sülhməramlılarının 9 may günündə Xankəndində hərbi parad keçirməsi sülhməramlılarla separatçı rejim arasında bəzi sövdələşmələrə səbəb olub.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, Rusiya sülhməramlılarının "qələbə paradı" separatçı rejimi sevindirib və onlar hər cür dəstək verməyə hazır olduqlarını bildiriblər.

Rusiya sülhməramlıları isə qondarma rejimdən Qaragen Njdenin heykəlinin 9 maya qədər sökülməsini tələb edib. Tələb qəbul edilib, heykəl demontaj olunacaq. Separatçı rejimin rəhbərləri, Xocavənd "meri" əhali arasında bununla bağlı təbliğata başlayıblar.

Ermənistan parlamentinin deputatı Sofya Ovsepyan da "Facebook" səhifəsində Njdenin heykəlinin söküləcəyinə qərar verildiyini yazıb: ”Biz Mahatma Qandiyə heykəl qoyuruq, Martunidə (Xocavənddə) Njdenin heykəli isə 9 mayadək sökülməlidir. Rahat olmuşdunuz, elə zənn etmişdiniz ki, məsələ həll olub? Olmayıb, əl altdan işlədilər. Adamlara izah ediblər ki, götürülməlidir, başqa variant yoxdur”.

Xatırladaq ki, Rusiya sülməramlılarının mayın 9-da Xankəndi meydanında hərbi parada hazırlaşması Azərbaycanda kəskin eitraz doğurub. Cəmiyyət bu addımı Azərbaycan qarşısında güc nümayişi və sülhməramlıların missiyasını artıq neçənci dəfə aşması kimi dəyərləndirir.

"AzPolitika.info"

Mənbə: azpolitika.info