"Distant təhsil alan məzunların diplomları tanınmalıdır” - Rektor

"Distant təhsil alan məzunların diplomları tanınmalıdır” - Rektor

“Coursera, Udemy, EDX kimi kütləvi açıq onlayn kurslar var. Bu kurslar inkişaf etmiş ölkələrin aparıcı universitetlərinə aiddir və onların milli ali təhsil sisteminə ciddi təzyiqləri artmaqdadır”.

Modern.az xəbər verir ki, bunu UNEC rektoru Ədalət Muradov Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən “Post COVİD müddətində Ali təhsil və Tədqiqat” mövzusunda seminarda qeyd edib.

Rektor, onlayn kurslar və distant təhsil diplomlarının tanınması məsələsinə diqqət çəkib:

“Etiraf etməliyik ki, bu kurslar rəqabət qabiliyyətlidir və asinxron olduğu üçün ucuzdur. Nə etməli? Bu kursları ləğv etməli, yoxsa tanımamalımı? Heç biri doğru deyil. Doğru olan həmin kursların ən qısa zamanda milli ali təhsil sisteminə inteqrasiyası və eləcə də distant təhsil məzunlarının diplomlarının tanınması məsələsinə aydınlığın gətirilməsidir. Bu zaman nəzərə alınması vacib olan məsələlərdən biri də ondan ibarətdir ki, təhsil təkcə vətəndaşı, fərdi deyil, həm də milləti formalaşdırır. Eləcə də kurslarla bağlı qəbul edilmiş qərarlar gənclərin xaricdə distant təhsil almaq istəklərinə mane olmamalıdır”.

O, u məsələnin çox ciddi olduğunu və təhsilverənlər, təhsilalanlar, yerli ali təhsil müəssisələri, xarici universitetlər arasında balans problemi oldunu qeyd edib.

Mənbə: modern.az