Bütün dünyanın gözlədiyi ŞAD XƏBƏR - Pandemiyanın sonuna yaxınlaşdıq...

Bütün dünyanın gözlədiyi ŞAD XƏBƏR - Pandemiyanın sonuna yaxınlaşdıq...

İspaniya Baş naziri Pedro Sançez sürətli vaksinasiya prosesi sayəsində pandemiyanın sonuna yaxınlaşdıqlarını açıqlayıb.

Day.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, sosial mediada açıqlama yazan Sançez bildirib ki, hədəfləri yayın sonunadək əhalinin 70 faizini peyvənd etməkdir.

Onu da qeyd ki, İspaniya Səhiyyə Nazirliyinin açıqlamasına görə, 3 milyon 452 min 119 insan vaksinin hər iki dozasını qəbul edib.

 

Pandemiyadan bəri virusa yoluxan xəstələrin ümumi sayı isə 3 milyon 435 min 840 nəfərdir.

Mənbə: news.day.az