“Həkimlərin işi”: bundan sonra kimə inanasan?

“Həkimlərin işi”: bundan sonra kimə inanasan?

Eynulla Fətullayev

İlham Əliyevin idarəçiliyi dövründə Azərbaycan neft-qaz sənayesinin formalaşması, nəqliyyat-kommunikasiya arteriyalarının şaxələndirilməsi, yüksək sosial inkişaf və həyat keyfiyyətinin yaxşılaşması ilə müşayiət olunan “Böyük sıçrayış” edib. Azərbaycanın postsovet məkanı üçün analoqu olmayan uğurları heyrətamizdir, amma bununla bərabər ölkə hələ də inkişaf etməkdə olan ölkələrin sırasındadır.

Heyrətamiz də olsa koronaböhran dövründə Azərbaycandakı situasiyanı kifayət qədər tez-tez sosial təminat və əhalinin müdafiə olunması baxımından Almaniya, İsrail, İsveç və hətta ABŞ kimi inkişaf etmiş, çiçəklənən ölkələrlə müqayisə edirlər. Bu da şübhəsiz ki, İlham Əliyevin hökumətinə başucalığı gətirir. Həm hökumət dairələri, həm də ekspert cameəsi hərdən bu cür komparativ analiz cəhdlərinə təəccüblə yanaşırlar. Və məsələ təkcə dövlətçiliyin tarixində və köklərində deyil, həm də sosial-iqtisadi quruluşun təkmil olmamasında və əlçatanlığındadır. Axı Azərbaycanda bazar iqtisadiyyatı cəmi 28 il əvvəl formalaşmağa başlayıb. Və hətta Latın Amerikasının aparıcı ölkələri və Yaxın Şərqin neft ölkələri ilə müqayisə məkrlidir, həqiqətə uyğun gəlmir. Bu ölkələrin tarixi 70 illik dirçəliş, oturuşmuş iqtisadi modelə əsaslanır-bütün sıçrayış və çöküşləri, böhranları və çaxnaşmaları ilə.

Və təsəvvür edin ki, kəskin daxili və xarici siyasi problemləri yeni aradan qaldıran, amma hələ də sərt geosiyasi çəkişmələr içərisində qalan Azərbaycan qısa müddət ərzində dünya iqtisadi düzəninin yenidən qurulmasına adaptasiya oluna bilib. Bundan əlavə, Azərbaycan hökuməti bütün vətəndaşların sosial haqlarının sistemli müdafiəsinə nail olub.

İ.Əliyev koronaböhranı demək olar ki, əllə idarə rejimində idarə edir, bir-birinin ardınca modul tipli xəstəxanalar istifadəyə verilir, Prezident vaksin idxalında Braziliya, Hindistan, Çili, Pakistan kimi ölkələrin, Şərqi və Mərkəzi Avropa ölkələrinin nail ola bilmədiyini edir, əhalinin peyvəndlənməsini sürətləndirir. Məhz İ.Əliyevin təşəbbüsü ilə həkimlərin və digər tibb personalının maaşlarına əlavələr edilir...Və hakimiyyət və cəmiyyət bütün bunların əvəzində nə əldə edir? Yenə korrupsiya, "haqq" yığmaq, dərmanların əl altdan satdırılması...

Bir neçə il əvvəl İ.Əliyev ölkənin tarixində yeni dövr açdı. Bürokratik nomenkulaturada fəal təmizləmələr hakim elitanın yenilənməsi-regenerasiyası ilə başa çatdı. İdarəetmə sisteminin transformasiyası da yekunlaşdırıldı. Postsovet keçmişinin kölgəsindən-oliqarxik kleptokratiyanın və siyavuşabənzər klan soxulcanlarının qalıqlarından xilas olan Prezident gənc idarəçiləri və islahatçıları, dünənə qədər hakimiyyəti ədalətli olaraq tənqid edənləri önə çəkdi. Və yeni idarəçilərə kart-blanş verdi. Prezident elə situasiyanın formalaşmasına nail oldu ki, yuxarılar artıq köhnə qaydalarla idarə etmək istəmirdilər, aşağılar isə yeni qaydalarla yaşamağa can atırdılar. İlham Əliyev yuxarıdan inqilab həyata keçirdi.

Ancaq “həkimlərin işi” üzrə şok həbslər, səhiyyə sferasında aparıcı rollar verilmiş həmin o gənc və təhsilli idarəçilərin həbsi milli gündəmin ən aktual və əsas sualını ortaya çıxarır: yeni düşüncənin problemi! Prezident Qafqazın Li Kuan Yusu kimi yeni dövrü elan edib, amma yeni quruluşun yaradılmasında bizim yeni düşüncə daşıyıcıları ilə bağlı problemimiz meydana çıxıb. Düşüncə tərzinin zahiri görünüşlə uyğun gəlməli olduğu haqda Çexov aksiomu Azərbaycan əngəli ilə üzləşib. Sifətdən yaraşıqlıdır, amma qəlbi və düşüncəsi...

İlham Əliyev "Yeni Klinika"nın açılışında

İ.Əliyev koronavirusa yoluxanların müalicəsi üçün “Yeni Klinika”nı hansı ümidlə, səmimiyyətlə açmışdı. Və Baş Prokurorluğun bəyanatına əsasən gənc tibb elmləri doktoru, dəyişikliklərin tezliklə başlayacağına ümidlər yaradan həkim, şəxsən Prezidentdən regionun ən müasir klinikalarından birini idarə etmək üçün mandat alan Pərviz Abbasovun korrupsiya girdabına yuvarlandığı üzə çıxıb. Cəza dərhal və amansız oldu! Bu nə soyuq ürəkdir belə? Bu nə şeytani ruhdur? Güclə ayaq üstə dayanan, yeni dövrün vəbası ilə son gücü ilə mübarizə aparmağa çalışan pasiyenti şəxsi mənfəəti naminə küncə sıxışdırmaq? Bu cür aşağı səviyyəyə düşmək və ağlını itirmək?

Lakin Pərviz Abbasov tək deyil. Onunla birlikdə korrupsiya girdabına FHN-in modul tipli xəstəxanalarından birinin baş həkimi, yeni nəslin daha bir nümayəndəsi İmran Ağayev də yuvarlanıb. Bundan bir neçə dəqiqə sonra Baş Prokurorluğun daha bir təcili məlumatı yayıldı. Saxta əlillik üçün arayış verən tibbi ekstertiza komissiyasının rəhbəri də həbs olunub. Necə hücumdur!

Orta əsrlərdə Pərviz Abbasovla necə davranardılar? İspan çəkməsi? Tonqal? Şaqqalamaq?

Hakimiyyətin qəzəbli ruhunun hiddəti ilə dolu Prezidentin hisslərini təsvir etmək çətindir-axı İ.Əliyev, bir daha təkrar edirəm, bu yeni və sanki işıqlı adamlardan şəxsən xahiş etmişdi ki, ümumdünya bəlasının qurbanlarının sağaldılması kimi müqəddəs missiyanı üzərlərinə götürüb başa çatdırsınlar. Hakimiyyət bunun cavabında nə əldə edib? Korrupsiya, "haqq" yığmaq, pul qazanmaq hərisliyi və alçaq rüşvətxorluq. Bu adamlarla nə edəsən? Hətta orta əsrlər üçün də görünməmiş bu barbarlıqla necə davranasan?! Papa kilsəsinin cüzamlı xəstələrin ruhu üstündə asılıb qalanlarla necə davranacağını təsəvvür etmək belə çətindir. Onları ispan çəkməsində boğardılar, tonqallarda yandırardılar, qəddar inkvizasiya məhkəməsinin bütün dəhşətlərini onlara yaşadardılar. İnanın, amma mümkündür ki, Pərviz Abbasov və İmran Ağayev də bütün bunlara, ola bilsin daha sərt cəzaya layiqdir.

Bu iki korrupsionerin taleyi bütün bürokratik aparat üçün əyani həyat dərsi olmalıdır, xüsusən də sosial baxımdan ən həssas sahələrdə-səhiyyədə, təhsildə, sosial müdafiədə işləyənlərə.

Əsrlər boyu pul iyi insanları şirnikləndirib. İnsan təbiəti belədir. Və hüdudsuz hərisliyi ilə yola gedə bilməyən məmur öz mandatını təhvil verib varlanmaq üçün biznesə getməlidir. Hakimiyyətdə pul yoxdur. Orada ancaq xalqın nökərləri üçün yer qalıb.

Mənbə: virtualaz.org