İndoneziya donanmasının radardan itən sualtı gəmisinin axtarışları davam edir

İndoneziya donanmasının radardan itən sualtı gəmisinin axtarışları davam edir

Çərşənbə günü İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus “KRI Nanggala” adlı sualtı qayığı təlimlər zamanı radardan itib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, itkin düşən sualtı qayığın 700 metr dərinlikdə ola biləcəyi ehtimal edilir.

Bildirilir ki, sualtı gəminin Bali dənizi yaxınlığında mərkəzlə əlaqəsi kəsilib.

53 nəfər şəxsi heyəti daşıyan hərbi gəminin axtarış işləri davam edir. Sinqapur “MV Swift” xilasetmə gəmisini itkin düşən gəminin axtarış işlərinə cəlb edib.

Sevinc Əliyeva

 

Mənbə: ordu.az