Kütləvi immunitetə yaxınlaşırıq - Adil Qeybulla

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hesab edirəm ki, ölkədə paralel olaraq, həm vaksinasiyanın aparılması, həm də bu müddətdə xeyli adamın xəstələnib sağalması bizi kütləvi immunitetə yaxınlaşdırır.

Trend-in məlumatına görə, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib. Onun sözlərinə görə, artıq əhalinin böyük əksəriyyətində əks cism formalaşıb:

“Ona görə də, hər infeksiya dalğası zamanı statistik rəqəmlər aşağı olmalıdır. Müəyyən bir zamandan sonra biz bu dalğanın da eniş nöqtəsini hiss edəcəyik, ancaq sonrakı proseslərdə necə davranış sərgilənəcəyini proqnozlaşdırmaq hələlik çətindir. Hər halda, biz bugünkü reallıqla yaşamalıyıq və bu reallıq insanları məsuliyyətli olmağa dəvət edir. Karantin qaydaları hər addımbaşı gözlənilməlidir”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

“Lragir”: Rusiya Ermənistan üçün düşmənçilik sərhədini keçib

SONRAKI XƏBƏR

“Həkimlərin koronavirus xəstələrindən rüşvət alması çox pis hadisədir” - VİDEO