İndiyədək Xaçmazda 27 mindən artıq şəxs virusa qarşı peyvənd olunub - VİDEO

Xaçmaz rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 27605 doza vaksin vurulub.İndiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 18686 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 8919 nəfərdir.

Vaksinasiya prosesində sakinlər böyük aktivliyi müşahidə edilir. Gün ərzində orta hesabla 250-300 nəfər peyvənd olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi vaksindən istifadə olunur.

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan nefti bahalaşıb

SONRAKI XƏBƏR

Nazir: “1 milyon 600 min kompüterin alınması Azərbaycan təhsilinin problemlərini həll etməyəcək”