Hərbi Dəniz Qüvvələrinin şəhid matrosu (VİDEO)

Hərbi Dəniz Qüvvələrinin şəhid matrosu (VİDEO)

İndi sizə böyük ruh yüksəliyi ilə hünər meydanına atılan şəhid Əliyev Bəybala Fazil oğlundan bəhs edəcəyik. O, 22 oktyabr 1996-cı ildə Gədəbəy rayonunun Səvətkeçməz kəndində anadan olub. Tam orta təhsilini bitirdikdən sonra Hərbi Dəniz Qüvvələrində kəşfiyyatçı-matros olaraq xidmət edib. Xidməti zamanı Türkiyədə hərbi kurslarda təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Hərbi Qüvvələrində kəşfiyyatçı kimi xidmət edib, dəfələrlə fəxri-fərmanlarla təltiflənərək snayperçi kursuna əlavə hərbi təhsilə göndərilib.

2020-ci il 27 sentyabrından döyüşlərdə iştirak edib və Ağdərə rayonunun azad olunmasında böyük şücaət göstərərkən döyüşdüyü ərazidə şəhidlik məramına yüksəlib. 8 dekabr 2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

Kəşfiyyatçı hərbçimiz Bəybala Əliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. İki aydan çox nəşi tapılmayan şəhidimiz 08 dekabr 2020-ci il tarixində Gədəbəy rayonunun Səbətkeçməz kəndində dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vətəni vətən edən Şəhidimiz, ruhun şad olsun!

 

Mənbə: www.realtv.az