Seroloji testlər niyə aparılmır? - TƏBİB-dən açıqlama

Seroloji testlər niyə aparılmır? - TƏBİB-dən açıqlama

Ötən mövsüm əhalinin COVID-19 virusuna yoluxub-yoluxmadığını müəyyən etmək üçün vətəndaşların könüllü müraciəti əsasında seroloji testlər aparılırdı. Hazırda proses nə yerdədir?

Teleqraf.com-un xəbərinə görə, TƏBİB-in Mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova bildirib ki, serolojin testlərin aparılması hazırda dayandırılıb:

“Bu layihəyə ötən il avqust-sentyabr aylarında başlanmışdı. Lakin oktyabrda yoluxma sayı çox olduğuna və Vətən müharibəsi başladığına görə seroloji testlər təxirə salındı. Hazırda rayonlarda Random vasitəsilə vətəndaşlar arasında bu testlər aparılır”.

Qumral Ələkbərova bildirib ki, testlər ödənişlidir: “Seroloji testlər dünyada olduğu kimi Azərbaycanda da ödənişlidir. Layihə çərçivəsində isə ödənişsiz idi”.

Mənbə: teleqraf.com