Türkiyədə koronavirusun mutasiyalarını müəyyənləşdirən test yaradılıb

Türkiyədə koronavirusun mutasiyalarını müəyyən edən test hazırlanıb.

“Milliyet” məlumat verir ki, bu barədə İzmir Universitindən doktor Osman Doluca bildirib.

Onun sözlərinə görə, yeni hazırlanan test koronavirusun “Britaniya, “Cənubi Afrika” və “Braziliya” ştammlarını müəyyənləşdirə bilir.

Ar-Ge layihəsinin “Genz Biotek” firması ilə 5 ay əvvəl başladığı qeyd edilir.

Təxminən üç saat sonra testin nəticəsi məlum olur.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ebeko vulkanının külü üç kilometr yüksəkliyə çatıb

SONRAKI XƏBƏR

Kolumbiyada 80-dən çox nümayişçi itkin düşüb