15 ölkə Hindistana tibbi yardım göndərdi

İspaniya da daxil olmaqla Avropa İttifaqının (Aİ) on beş ölkəsi Hindistana tibbi yardım göndərib. Yardım, COVID-19 xəstəliyinin geniş miqyasda artması ilə üzləşmiş Hindistana təcili yardımları koordinasiya edən Aİ-nin mülki müdafiə mexanizminin xətti ilə çatdırılıb.

Modern.az xəbər verir ki, böhranı idarəetmə üzrə Avropa komissarı Yanez Lenarçiçinin sözlərinə görə, kollektiv fəaliyyət koronavirus pandemiyasına qarşı mübarizədə yeganə həll yoludur.

İspaniya Hindistana 119 oksigen konsentratoru və 145 Süni Tənəffüs Aparatı ayırıb.

20 millyondan çox yoluxma halı qeydə alınmış Hindistan dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələr arasında ABŞ-dan (33,2 milyon) sonra ikincidir. Gün ərzində koronavirusa yoluxanların sayı 357 min nəfəri üstələyir. Orta hesabla gündəlik ölüm halları isə 3 minə çatır.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə ilə Misir arasında görüş bu gün başlayır

SONRAKI XƏBƏR

Tanınmış klub keçmiş FIFA referisinə necə rüşvət təklif edib?