Güclü külək Bakıda ağac və işıq dirəyini aşırdı - FOTO

Bakıda güclü külək nəticəsində ağac aşıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Təhsil Nazirliyinin yaxınlığında baş verib. Külək nəticəsində qırılan ağac işıq dirəyini də aşırıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

İlhamə Əbülfət

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Bakı-Sumqayıt yolunda maşın aşdı - Yüksək sürət yenə qəzaya səbəb oldu - VİDEO

SONRAKI XƏBƏR

Dünya bazarlarında təbii qaz yenidən bahalaşıb