Bakıda COVID-19-a yoluxma ən çox bu rayonda qeydə alındı

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər də məlum olub.

“Report” xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, bu rəqəm Binəqədidə 14,7 % təşkil edir.

Sonrakı yerlərdə 13,4 %-lə Xətai, 12,3 %-lə Yasamal, 11,1 %-lə Sabunçu, 8,2 %-lə Nərimanov və Suraxanı, 7,9 %-lə Nəsimi, 7 %-lə Nizami və Xəzər, 5,1 %-lə Səbail, 4,5 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

KOB-ların dövlət satınalmalarındakı iştirakı genişləndirilir

SONRAKI XƏBƏR

Tacikistan Prezidenti Moskvadakı parada gedir