Dünyada mamaça çatışmazlığı: Milyonlarla insan ölə bilər

Dünyada mamaçalıq sahəsində kadr çatışmazlığı mövcuddur. Hazırda bu peşə üzrə 900 min mütəxəssis çatışmır. Azvision.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu və Beynəlxalq Mamaçılıq Konfederasiyası tərəfindən hazırlanan birgə hesabatda deyilir.

Qeyd olunub ki, kəskin mütəxəssis çatışmazlığı çox sayda insanın ölümü ilə nəticələnəcək.

Mütəxəssislərin fikrincə, dünyada mamaçılıq xidmətlərinin tam fəaliyyət göstərməsi 2035-ci ilədək yeni doğulmuş körpələr arasında ölüm hallarının 64 faiz, analar arasında isə ölüm hallarının 65 faiz azalda bilərdi. Bu da ildə 4,3 milyon insanın ölümünün qarşısını alacaqdı.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Kaliforniyada asiyalı qadınlar bıçaqlandı

SONRAKI XƏBƏR

Tanınmışlardan Aslan Hüseynovun ölümü ilə bağlı ürəkdağlayan sözlər