Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb

Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb

Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb.

“Report” xəbər verir ki, ən çox yoluxma 30-39 yaş arası (21 %) şəxslərdə qeydə alınıb.

0-9 yaş arası olanlarda yoluxma 3 %, 10-19 yaş arasında 6 %, 20-29 yaş arasında 16 %, 30-39 yaş arasında 21 %, 40-49 yaş arasında 15 %, 50-59 yaş arasında 18 %, 60-69 yaş arasında 15 %, 70-79 yaş arasında 4 %, 80 yaş üzəri olanlarda isə 2 % təşkil edir.

Yoluxanların 49 %- i kişi, 51 %-i isə qadınlardır.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər 322 761 nəfər COVID-19-a yoluxub və onlardan 296 875 nəfəri sağalıb. Ümumilikdə isə 4 597 nəfər dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 21 289 nəfər təşkil edir.

Mənbə: report.az