Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası yarışı təxirə düşdü

Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası yarışı təxirə düşdü

 

Bu gün keçirilməsi planlaşdırılan paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası yarışı təxirə düşüb.

Oxu.Az-ın məlumatına görə, buna səbəb paytaxtda güclü küləyin əsməsidir.

Qeyd edək ki, olimpiadada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 7 000-ə yaxın beşinci sinif şagirdinin iştirakı nəzərdə tutulmuşdu.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az