"Azərsu" əməkdaşları qazdıqları yolu asfaltlamayıb - VİDEO

"Azərsu" əməkdaşları qazdıqları yolu asfaltlamayıb - VİDEO

Saray-Sumqayıt yolunun bir hissəsində "Azərsu" ASC tərəfindən kanalizasiya xəttinin çəkilişi bitdikdən sonra qazılmış hissə torpaqlansa da, asfalt qatı vurulmayıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yolun bu vəziyyətdə olması xeyli müddətdir ki, sürücülər üçün bir sıra çətinliklər yaradır. Onların sözlərinə görə avtomobillərin bəzi detalları sıradan çıxır.

Məsələyə münasibət bildirən "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı söz verib ki, qısa vaxt ərzində problem aradan qaldırılacaq.

Yolun asfaltlanmasından sora avtomobillərin rahat hərəkəti təmin ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Mənbə: news.milli.az