Mehdiabadda elektrik dirəyi qəzalı vəziyyətdədir - FOTO

Mehdiabadda elektrik dirəyi qəzalı vəziyyətdədir - FOTO

 

Abşeron rayonu Mehdiabad qəsəbəsində sakinlər aşmaq üzrə olan işıq dirəyindən narazılıq edir.

Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib.

Sakinlər deyir ki, Mehdiabadda işıq dirəkləri qəzalı vəziyyətindədir:

“Yaz vaxtı uşaqlar həyətdə oynayanda narahat oluruq. Allah qorusun, bir bədbəxt hadisə olsa, dirək kiminsə üzərinə aşsa, məsuliyyət kimin boynunda qalacaq? Müraciət etmişik ki, yenidən qazıb dirəyi düzəltməyə ehtiyac var”.

Mənbə: www.oxu.az