Qabiliyyət imtahanları bərpa edildi - VİDEO

Qabiliyyət imtahanları bərpa edildi - VİDEO

Bu il xüsusi qabiliyyət tələb edən ixtisaslarda imtahanlar olacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ali və orta ixtisas təhsili müəssisələrinin bəzi xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçiriləcək.

COVID -19 pandemiyası ilə əlaqədar olaraq, 2021-2022-ci tədris ili üçün keçiriləcək qabiliyyət imthanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.

Xatırladaq ki, ötən il V ixtisas qrupuna aid olan və xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilmədi, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində abituriyentin topladığı yekun balı əsasında aparıldı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Mənbə: news.milli.az