Kütləvi iftar süfrələri əvəzinə başqa xeyriyyə işlərinin görülməsi tövsiyə edilir - VİDEO

Kütləvi iftar süfrələri əvəzinə başqa xeyriyyə işlərinin görülməsi tövsiyə edilir - VİDEO

11 ayın sultanı, mübarək Ramazan ayında iftar və sahur süfrələri təşkil etmək ən gözəl əməllərdən sayılır. Ancaq koronavirusun dünyanı cənginə aldığı bu günlərdə insanlar diqqətli olmalıdırlar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, virus təhlükəsi hələ də qaldığı üçün kütləvi məclislər təşkil edilməməlidir.

Artıq bir sıra müsəlman ölkələri yoluxmanın daha da artmaması üçün məhdudlaşdırıcı tədbirlərə əl atıblar. Xüsusilə Türkiyədə, Misirdə ən sərt karantin rejimi tətbiq edilib.

Ağa Hacıbəyli qeyd edib ki, insanlar kütləvi iftar süfrələri əvəzinə başqa xeyriyyə işləri görə bilərlər.

Bu arada, Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramında camaat namazının qılınıb-qılınmayacağına aydınlıq gətirib. Bildirilib ki, koronavirus pandemiyasına görə ölkəmizdəki məscidlər bağlıdır və buna görə bu il də bayramda camaat namazı qılınmayacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Mənbə: news.milli.az