AERA şəhid ailəsinin qaz xətti ilə bağlı müraciətini operativ həll edib

AERA şəhid ailəsinin qaz xətti ilə bağlı müraciətini operativ həll edib

2-ci Qarabağ müharibəsində şəhid olmuş Emin Rüstəmovun ailəsinin yaşadığı Yevlax şəhəri, Nizami prospekti, bina 32, mənzil 7-nin içəri hissəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı şəhidin anası, Rüstəmova Alidə İsa qızının müraciəti Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən operativ şəkildə araşdırılaraq müsbət həll edilib.

Bu barədə "Report" AERA-ya istinadən xəbər verir.

Agentliyin əməkdaşları şəhid ailəsinin yaşadığı ünvanda qaz xəttinə baxış keçiriblər. Məsələnin həll olunması ilə bağlı Agentlik tərəfindən aidiyyatı quruma müraciət olunub.

Agentliyin nümayəndələrinin iştirakı və nəzarəti altında şəhid ailəsinin yaşadığı evin üzəri ilə çəkilmiş 76 mm-lik qaz xəttinin yeri dəyişdirilərək kənara çıxarılıb və bununlada müraciət təmin olunub.

Qeyd edək ki, Yevlax şəhərində yaşayan müraciətçi Rüstəmova Alidənin oğlu Rüstəmov Emin 2-ci Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Mənbə: report.az