Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür

Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür

“Qazilərimizin protezlərlə təminatı ilə bağlı problemin olması barədə mətbuatda qeyd edilənlər yanlışdır və ola bilsin ki, məlumatsızlqıdan irəli gəlir”.

Bunu Modern.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildiriblər.

Qeyd olunub ki, bu sahədə, həmçinin Vətən müharibəsində xəsarət almış qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatında hər hansı çatışmazlıq özünü göstərmir.

“Belə ki, yüksək texnologiyalı protezlərlə təminata ötən ilin dekabrından başlanıb və artıq 17 qazi yüksək texnologiyalı protezlə təmin olunub. Bu proses davam etməklə yanaşı, yuxarı ətrafların yüksək texnolgiyalı protezlərlə təminatına da başlanıb. Aşağı və yuxarı ətrafların yüksək texnolgiyalı protezlərlə təminatı xüsusi yanaşma tələb edən prosesdir, burada amputasiya olunmuş güdülün protezləşməyə tam hazır vəziyyətə gətirilməsi üçün müəyən hazırlıq mərhələsi olur. Bu hazırlıq mərhələsi keçildikdən sonra müasir protezlə təminat həyata keçirilir. Vətən müharibəsində, hərbi əməliyyatlarda xəsarət alaraq protezləşməyə ehtiyacı yaranmış bütün qazilərimiz birmənalı olaraq ən yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən bütün müvafiq tədbirlər görülür”, - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən vurğulanıb.

Mənbə: modern.az