Ağdam Cümə məscidinin 2018-ci ildə çəkilmiş görüntüləri yayılıb - VİDEO

Ağdam Cümə məscidinin 2018-ci ildə çəkilmiş görüntüləri yayılıb - VİDEO

Ağdamdakı Cümə məscidinin 2018-ci ildə çəkilmiş görüntüləri yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, görüntüləri Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşıb.

Görüntülər tarixi məscidin erməni işğalı illərində donuz tövləsi kimi istifadə olunduğunun əyani sübutudur.

Qeyd edək ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir.

Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Mənbə: qafqazinfo.az