Bəy vurma cədvəlin bilmədi: Toy ləğv olundu

Bəy vurma cədvəlin bilmədi: Toy ləğv olundu

Hindistanda toyda qəribə hadisə baş verib.

“Haber Global” məlumat verir ki, Uttar-Pradeş ştatında toy mərasimi zamanı bəy gəlinin vurma cədvəli ilə bağlı verdiyi sualları cavablaya bilməyib.

“Riyaziyyatın təməllərini bilməyən biri ilə evlənə bilmərəm”, - deyə gəlin toyu ləğv edib.

Dostları və ailə üzvləri onu fikrindən daşındıra bilməyiblər.

Mənbə: www.oxu.az