Sükan arxasında konfransa qoşulan senator öz həmkarlarını aldatmaq istədi – VİDEO

Sükan arxasında konfransa qoşulan senator öz həmkarlarını aldatmaq istədi – VİDEO

Avtomobili diqqətsiz idarə etmək barədə müzakirələrə sükan arxasında qoşulan amerikalı senator Endryu Brennerin görüntüsü sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.

Bu barədə “Columbus Dispatch” xəbər yayıb.

Bildirilir ki, Ohayo ştatından olan senator avtomobildə olduğunu gizlətmək üçün fona öz kabinetinin şəklini qoysa da, təhlükəsizlik kəməri onu ələ verib.

Müzakirələrin əsas mövzusunun sükan arxasında tətbiq istifadə etmək və çəkiliş aparmağın qadağan edilməsi olmasına baxmayaraq konfransın digər üzvləri qanunvericiyə irad bildirməyiblər.

Brenner sonradan yola diqqət etdiyini və konfransa qulaq asdığını bildirib

Mənbə: www.oxu.az