Tovuzda insan sümükləri tapıldı

Tovuzda insan sümükləri tapıldı

Tovuzda insan sümükləri və kəllələri tapılıb.

Kult.az xəbər verir ki, bu barədə tanınmış tarixçi-alim Elmar Həsənli öz Feysbuk hesabında paylaşım edib.

“Bu insan sümükləri və kəllələr Tovuz rayonunun bir ərazisindən tapılıb. Mağara tipli bir ərazidir. Çox güman ki, Mart soyqırımı ərəfəsində insanları mağarada kütləvi şəkildə öldürüblər. Sabah bu ərazidə olacam. Ətraflı məlumatı sizlərlə paylaşacam”, - deyə alim yazıb.

Mənbə: axar.az