Kasıb ölkələr “Comirnaty” peyvənidini almaqdan imtina edib

Dünyada azgəlirli ölkələr “Pfizer” və “BioNTech” şirkətlərinin istehsal etdiyi yeni növ koronavirus infeksiyasına qarşı “Comirnaty” peyvənidini sifariş etmirlər.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu “Pfizer” şirkətinin prezidenti və baş icraçı direktoru Albert Burla bəyan edib.

“Bütün ölkələrdən peyvəndlərin paylanılması üçün sifariş vermələrini xahiş etdik. Faktiki olaraq, yüksək gəlirli dövlətlər dozaların çox hissəsini sifariş veriblər. Peyvəndin məhdud olduğuna inandırmaq üçün bir çox orta və aşağı gəlirli ölkələrin səlahiyyətliləri ilə əlaqə saxladım. Lakin, onlar peyvəndi digər dərman istehsalçılarından sifariş vermək barədə qərar qəbul ediblər”,deyə Burla bildirib.

Onun sözlərinə görə, orta gəlirli ölkələr peyvəndə görə yüksək gəlirli ölkələrin ödədiyinin yarısı qədər vəsait ödəməlidir. Aşağı gəlirli ölkələrə isə peyvənd maya dəyərinə təklif edilir.

A. Burla bildirib ki, şirkət bu il 116-dan çox ölkəyə 3 milyard doza peyvənd göndərməyi planlaşdırır. Bu günə qədər hazırlanan 450 milyon doza vaksin yüksək gəlirli ölkələrə ixrac edilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Tripolidə silahlılar Prezident Şurasının qərargahının yerləşdiyi otelə hücum ediblər

SONRAKI XƏBƏR

Çexiyada vilayət rəhbəri "Sputnik V"lə bağlı açıqlamasından sonra vəzifəsindən kənarlaşdırılıb