Ağcaqanadlar insanları koronavirusa yoluxdura bilər? - ÜST-dən AÇIQLAMA

Ağcaqanadlar insanları koronavirusa yoluxdura bilər? - ÜST-dən AÇIQLAMA

Havaların isinməsi ilə birlikdə hər kəsin ağlına “ağcaqanadlar insanları koronavirusa yoluxdura bilərmi?” sualı gəlməyə başlayıb.

Redaktor.az xəbər verir ki, dünyada yoluxmanın artdığı bir zamanda xeyli müzakirələrə səbəb olan mövzu ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verib:

“Koronavirus qan və dəridən təmas yolu ilə bulaşmadığı üçün ağcaqanadlar, digər həşaratlar vasitəsi ilə insanlar yoluxmur. İndiyə kimi belə bir fakt qeydə alınmayıb”.

Xüsusilə Afrika və Latın Amerika ölkələrində ağcaqanadların kəskin şəkildə olması bu iddiaların yayılmasına səbəb olmuşdu. Lakin üst həmin ölkələrdə koronavirusun digər dövlətlərlə müqayisədə nisbətən yavaş irəlilədiyini və ağcaqanad vasitəsi ilə heç bir yoluxmanın olmadığını bildirib.

Mənbə: redaktor.az