Qandinin nəvəsi: Hindistanı dağıntı gözləyir

Qandinin nəvəsi: Hindistanı dağıntı gözləyir

Əgər koronavirus pandemiyası nəzarət altına alınmasa, Hindistanı dağıntı gözləyir.

Axar.az xəbər verir ki, bunu hindistanlı müxalif siyasətçi, keçmiş baş nazir İndira Qandinin nəvəsi Raxul Qandi deyib. O, baş nazir Narendra Modiyə məktub yazaraq, ölkədə milli lokdaun elan edilməsini, vaksinasiya proqramınının sürətləndirilməsini xahiş edib.

Qandi virusun nəzarət altına alınmayacağı halda onun bütün dünya üçün təhdid olacağını bildirib.

Mənbə: axar.az