UHİF prezidenti: “COVAX" çərçivəsində peyvəndlər mütənasib bölüşdürülməlidir"

UHİF prezidenti: “COVAX" çərçivəsində peyvəndlər mütənasib bölüşdürülməlidir"

“Beynəlxalq “COVAX” mexanizmi çərçivəsində COVID-19 vaksinlərin bölüşdürülməsi, fikrimizcə, inkişaf etməkdə olan ölkələr üçün tam ədalətli şəkildə aparılmır”.

Bu fikirləri “Report”un Şərqi Avropa Bürosuna Ukrayna Həmkarlar İttifaqları Federasiyasının (UHİF) sədri Qriqori Osovoy bildirib.

Onun sözlərinə görə, daha varlı ölkələr bu məsələni öz xeyrlərinə həll edərək az qala vaksinlərin hamısını satın alır: “Ukraynaya müxtəlif şirkətlərin istehsal etdiyi dərmanların az miqdarda tədarük olması vətəndaşlarımızın narahatlığına səbəb olur. Onlar soruşurlar: “Müxtəlif şirkətlərin dərmanlarını vurmaq olarmı? Bunun fəsadları çıxmazmı?” Odur ki, “COVAX” proqramı çərçivəsində peyvəndlərin mütənasib bölüşdürülməsi bizim prinsipial mövqeyimizdir”.

Mənbə: report.az