Dövlət Məşğulluq Xidmətindən qazinin iddialarına münasibət

Dövlət Məşğulluq Xidməti ötən il Tovuz döyüşlərində yaralanan hərbi qulluqçu Rauf Musayevin ailəsinə dəstək olunmaması iddiası ilə bağlı açıqlama verib.

Qurumdan “Qafqazinfo”ya bildirilib ki, qurumun əməkdaşları tərəfindən postmüharibə tədbirləri çərçivəsində ailə ilə görüşüblər:

“Onlara aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib. Qazinin sağlamlıq durumu və onların istəyi də nəzərə alınaraq 25 fevralda Rauf Musayevin həyat yoldaşı Səbinə Musayeva iribuynuzlu heyvandarlıq zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Növbəlilik qaydasında təlimlərə cəlb ediləcək və aktivlərlə təmin ediləcək”.

Xatırladaq ki, R.Musayev “Qafqazinfo”ya şikayətində özünün əmək qabiliyyətini itirdikdən sonra həyat yoldaşına iş verilməsi üçün etdiyi müraciətlərin nəticəsiz qaldığını bildirmişdi.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Bir şagirdin təhsil aldığı kənd - VİDEO

SONRAKI XƏBƏR

ANAMA minatəmizləmə prosesinə 24 it cəlb edib