Rusiya sülhməramlılarının və İranın Qarabağda qanunsuz əməlləri davam edir - VİDEO

Qaçaqmalçılıq yolu ilə növbəti yük avtomobilləri İrandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilib.

Bununla bağlı “Azad İran” “Telegram” kanalı görüntülər yayıb:

“Bu gün İrandan yenə qanunsuz şəkildə içərisində şübhəli yüklərin olduğu güman edilən çox sayda yük maşınının Laçın dəhlizi vasitəsilə Qarabağa göndərilməsi ilə bağlı kanalımıza yeni video daxil olub”.

Qeyd edək ki, bir neçə gün əvvəl də “Azad İran” “Telegram” kanalıında İrandan qanunsuz olaraq Qarabağ ərazisinə yük maşınlarının hərəkət etməsi ilə bağlı video yayılmışdı.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ter Ştegen 2:8-dən danışdı

SONRAKI XƏBƏR

Bu suala indi cavab vermək çətindir - Azərbaycanda telekanal rəhbəri ilə MÜSAHİBƏ