Əlilliyi təyin edən komissiyanın bir iş günü - Video

Əlilliyi təyin edən komissiyanın bir iş günü  - Video

Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı vətəndaş-dövlət qurumları münasibətləri daim müzakirələrə səbəb olub. Vətən Müharibəsindən sonra isə bu sahədə işlərin çoxalması nəticəsində narazı qalanlar da az deyil.

“Qafqazinfo” xəbər verir ki, Aztv əllilik dərəcəsinin təyin edilməsi üçün təşkil edilən komissiyanın bir günlük iş rejimini müşahidə edib.

Bu zaman əsaslı olaraq müraciət edənlərlə yanaşı, heç bir əsas olmadan əllilik dərəci təyin edilməsini istəyənlər də olub. Təkrar komissiya zamanı bundan əvvəl saxta əlillik dərəcəsi almış şəxslər də müəyyən olunub.

Vətəndaşlardan biri qulağına səs gəldiyini, onu çağırdıqlarını deyərək əlillik dərəcəsi aldığını bildirib. Suallar zamanı o heç yerdə işləmədiyini desə də, “Azsığorta” şirkətində anbardar işlədiyi məlum olub.

Mənbə: qafqazinfo.az