Bakı Ali Neft Məktəbinin Elmi Konfransları başa çatıb

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları çərçivəsində keçirilən “Neft-qaz geologiyası və mühəndisliyi” konfransı öz işini yekunlaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, konfrans çərçivəsində “Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz axtarışı, kəşfiyyatı və hövzə analizi”, “Neft-qaz çıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları”, “Neft-qaz sahəsində iqdisadi səmərəliliyinin analizi” bölmələr üzrə müzakirələr aparılıb, tezislər qiymətləndirilib.

Konfransa yerli və xarici təhsil müəsissəsindən tələbə və gənc tədqiqatçılar tərəfindən 46 tezis qəbul edilib.

Ayrı-ayrı bölmələri üzrə artıq qaliblər də müəyyənləşib.

“Neft-qaz axtarışı, kəşfiyyatı və hövzə analizi” bölməsi üzrə BANM tələbələri Orxan Məmmdov, Vüsal Kərimov , eyni zamanda, Orta Doğu Texniki Universitet Şimalı Kipr Kampusunun tələbəsi Nandana Ramabhadra I yerə, Umid Əbdurahmanov (BANM), Əliyeva Türkan (BANM), Əliyev Katib (BANM), Toğrul Tahirov (BANM) II yerə, Aytac İsgəndərova (BANM) və Leyla Abdullayeva (BANM) isə III yerə layiq görülüblər.

Beynəlxalq konfransa eyni zamanda, Sahand Texnologiya Universiteti, Orta Doğu Texniki Universitet Şimalı Kipr Kampusu, Ostin Texas Universiteti, Qazaxstan-Britaniya Texniki Universitet kimi xarici universitetlərdən də tezislər qəbul olunub.

“Neft-qaz sahəsində iqdisadi səmərəliliyinin analizi quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi” bölməsinin qalibi Əsəd Səfərov (BANM), II yerin sahibi Bəşir Sultanov (ADNSU), III yerdə Cavad Əliyev olub.


Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı” - Video

SONRAKI XƏBƏR

Bill Qeyts insanlıq tarixinin ən böyük nailiyyətini açıqladı