Texniki baxış mərkəzləri bayram günlərində də işləyəcək - VİDEO

Texniki baxış müddəti bitən avtomobil sahibləri və ya sürücüləri bayram günlərində də cərimə olunacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

İdarədən bildirilib ki, Ramazan bayramı ilə əlaqədar mayın 9-dan 16-a qədər qeyri- iş günləri olsa da, həm Bakıda, həm də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri işləyəcək.

Qeyd edək ki, texniki baxışa təqdim edilən avtomobildə əvvəlcə tibb çantası və yanğınsöndürən balon yoxlanır. Daha sonra ardıcıllıqla dəm qazının miqdarı, işıq cihazı və əyləc sistemi texniki müayinədən keçirilir.

Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzinin əməkdaşı Kamal Əhmədli deyir ki, bayram günlərindəki iş rejimləri adi günlərdə olduğu kimi olacaq.

Texniki baxış mərkəzlərinin bayram günlərində işləməsi sürücülərin də ürəyincədir. Bir çox sürücü işdən çıxa bilmədiklərindən bu prosesi bəzən son günə saxladıqlarını deyirlər.

Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir. Əgər 20 gün ərzində avtomobil yenə texniki baxışdan keçirilmirsə, sürücüyə yenə eyni məbləğdə cərimə tətbiq edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

 

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Düşmənin gözünü yaşlı qoyacaq bir reklam - VİDEO

SONRAKI XƏBƏR

“Şəhərimiz azaddır, bundan sevincli gün ola bilməz” - Şuşa sakini