Xəritələrin olamaması minatəmizləmə işini ləngidir: Yeni avadanlıqlar gətiriləcək - Trend TV-nin Füzulidən REPORTAJI

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir. Hər ötən gün hektarlarla ərazi minalardn təmizlənir.

Bu gün proses bir qrup jurnalistin iştirakı ilə Füzuli rayonunda aparılıb. Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları minatəmziləmənin bir neçə növünü nümayiş etdiriblər. Əvvəlcə əməkdaşlar, sonra texnika vasitəsilə, daha sonra isə xüsusi təlim görmüş itlərin köməyi ilə minatəmizləmə əməliyyatları həyata keçirilib.

Agentlik rəsmiləri Trend-in Qarabağ bürsouna bildiriblər ki, yaxın zamanlarda minatəmizləmə üçün ölkəmizə yeni avadanlıqlar gətiriləcək. Mütəxəssilərin sözlərinə görə, prosesi ləngidən və əngəllər yaradan ən başlıca səbəb Ermənistan tərəfinin minalanmış ərazilərrin xəritələrini verməməsidir. ANAMA supervayzeri Mədət Məmmədov qeyd edib ki, kütləvi minalanmış ərazilər hədddən artıq çoxdur və bir-birinə yaxındır:

 

"Bizim qarşımızda ərazinin hər qarışını yoxlamaq vəzifəsi qoyulub. Yoxlayırıq və bəzən elə olur ki, mina tapılmır. Bu, əlbəttə ki, iş prosesini uzadır, əlavə vaxt itkisi olur. Əgər əlimizdə mina xəritələri olsa, konkret xəttlər üzrə axtarışlar apararıq. Bu da işimizdə xeyli irəliləyiş yaradar".

 

 

Trend.az

ƏVVƏLKİ XƏBƏR

EHİM biznes təmsilçiləri ilə görüş keçirib

SONRAKI XƏBƏR

“Eurovision” şərhçilərimizin adları açıqlandı