Rumıniyada çimərliklərdə maska ilə gəzmək ləğv ediləcək

Rumıniyada çimərliklərdə maska ilə gəzmək ləğv ediləcək

İyunun 1-dən Rumıniyada çimərliklərdə icbari maska taxmaq ləğv olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Florin Kitsu dəniz sahillərində işləyən sahibkarlarla görüşü zamanı deyib. Hökumət eyni zamanda restoran və hotelləri peyvənd olunan vətəndaşlar üçün açmaq qərarına gəlib. Mayın 15-də isə Buxarest milli teatrında peyvənd olunan vətəndaşlar üçün tamaşa keçiriləcək. Burada da maska taxmağa ehtiyac olmayacaq. Qeyd edək ki, Rumıniyada koronavirusla bağlı kəskin vəziyyəti hökumət ölkədə peyvəndlənmənin aparılması nəticəsində nəzarət altına ala bilib. Koronavirus xəstələrinin sayında tədricən azalma hiss edilir.

Mənbə: news.milli.az